Vladimir Medinski bildirir ki, Ukrayna tərəfi həlak olanların cəsədlərinin təhvil verilməsini və hərbi əsirlərin mübadiləsini qeyri-müəyyən müddətə təxirə salıb
Vladimir Medinski bildirir ki, Ukrayna tərəfi həlak olanların cəsədlərinin təhvil verilməsini və hərbi əsirlərin mübadiləsini qeyri-müəyyən müddətə təxirə salıb

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirir ki, Ukrayna tərəfi həlak olanların cəsədlərinin təhvil verilməsini və hərbi əsirlərin mübadiləsini qeyri-müəyyən müddətə təxirə salıb.

Rusiya tərəfinin dediyinə görə, minlərlə ukraynalı hərbçinin cəsədi xüsusi konteynerlərdə yerləşdirilib və onların üzərində Ukrayna Silahlı Qüvvələrinin forması var.

Onlar Ukrayna tərəfinə təhvil verilmək üçün hazırlanıb. Həmçinin yaralı, ağır xəstə və 25 yaşadək hərbi əsirlərin siyahıları da hazırdır. Ümumilikdə hər iki tərəfdən təxminən 1200 hərbi əsir var və biz onları dərhal Ukrayna tərəfinə təhvil verməyə hazırıq”,- Medinski qeyd edib.

Vladimir Medinski qeyd edir ki, Rusiya tərəfi İstanbulda əldə olunan razılaşmalara uyğun olaraq mübadilə məntəqəsinə gəlib, lakin ukraynalı danışıqlar aparanla şəxslər orada olmayıblar.

“İstanbulda razılaşdırılmış cədvələ əsasən, mübadilə bu gün başlamalı idi. Nümayəndələrimiz sərhədə, mübadilə məntəqəsinə gəldilər, lakin təəssüf ki təəssüf ki, niyə olduğunu bilmirik, indiyə qədər nə Ukrayna nümayəndələri, nə də Ukrayna nümayəndə heyəti gəlib, həmçinin siyahılar da təqdim olunmayıb. Biz bir daha ukraynalı danışıqlar aparan şəxsləri əldə olunmuş razılaşmalara ciddi şəkildə riayət etməyə çağırırıq. Ailələr oğullarını, ərlərini gözləyirlər. Minlərlə ailə öz hərbçilərini ləyaqətlə və xristian adətinə uyğun dəfn etmək şansı qazanacaq. Biz ərazidəyik və bütün razılaşmaları yerinə yetirməyə hazırıq. Sizi hərbçilərinizi təhvil almağa çağırırıq. Gəlin insanların hərəkət etməsi lazım olduğu kimi hərəkət edək”, – Medinski bildirib.