Vladimer Putin və Serj Sarkisyan arasında telefon söhbəti baş tutdu
Vladimer Putin və Serj Sarkisyan arasında telefon söhbəti baş tutdu

Ermənistanın yeni seçilən baş-naziri Serj Sarkisyana Rusiya prezidenti şəxsən telefon etdi.

Putin Sarkisyanı baş nazir postuna seçilməsi ilə təbrik etdi.

Rus medyasının yaydığı məlumata görə, telefon söhbəti zamanı, hər iki lider, ölkələr arasında iki tərəfli strateji əməkdaşlığın gücləndirilməsi üçün hazır olduqlarını bildirdilər.

Ona qədər Putin Sarkisyanın baş nazir postuna seçilməsini “Teleqram” vasitəsi ilə təbrik etdi.

Ermənistan parlamenti sabiq prezident Serj Sarkisyanı baş nazir vəzifəsinə dünən seçdi.