Vladimer Putin Soçidə Rəcəb Tayyib Ərdoğanı qəbul edib
Vladimer Putin Soçidə Rəcəb Tayyib Ərdoğanı qəbul edib

 

Rusiya prezidenti Vladimer Putin Soçidə türk həmkarını qəbul edib.

Rəcəb Tayyib Ərdoğan Soçidə bir günlük səfərdədir. Liderlər təkbətək görüşdən əvvəl mətbuata açıqlama veriblər və bildiriblər ki, bir neçə gün əvvəl Rusiya nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı razılaşdırılmış ticarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı memorandum imzalayacaqlar.

Vladimer Putin həmçinin Ərdoğana Ukraynadan taxıl ixracı məsələsində iştirakına görə təşəkkür edib və iki ölkə arasında mühüm enerji layihələrindən danışıb.

“Bizim böyük layihələrimiz var. Akkuyu AES haqqında hamı bilir, lakin başqa istiqamətlər də var – bu, enerji sahəsidir və çox vacibdir. Tikintisini bu yaxınlarda başa çatdırdığımız “Türk axını” bu gün Rusiya qazını Avropaya çatdıran ən böyük vasitələrdən biridir. “Türk axını” bizim Avropaya karbohidrogen tədarükünün bütün digər istiqamətlərindən fərqli olaraq düzgün, ritmik, heç bir nasazlıq olmadan işləyir. Mən təkcə türk istifadəçiyə deyil, həm də avropalı istifadəçiyə çatdırılmanı nəzərdə tuturam. Hesab edirəm ki, avropalı tərəfdaşlar qazımızı Avropa bazarına uğursuzluq olmadan tədarük etdiyinə görə Türkiyəyə minnətdar olmalıdırlar” -deyə Putin bildirib.

Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində bu gündən etibarən Türkiyə-Rusiya münasibətlərində yeni mərhələnin başlayacağına ümid etdiyini bildirib. “Bu, enerjiyə və xüsusilə addımlar atdığımız Qara dənizdəki taxıl dəhlizinə aiddir. Turizm və nəqliyyat istiqamətində də addımlar atıldı. Bu məsələlərlə yanaşı, bölgədə də addımlar atılıb” – deyə Ərdoğan bildirib.

Şərh yaz