Vladimer Putin – Rusiya Ukraynadakı münaqişəyə tezliklə son qoymağa çalışır, lakin Kiyev danışıqlardan imtina edib
Rusiya Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmağa çalışır, lakin Kiyev danışıqlardan imtina edib-bu barədə Rusiya prezidenti Vladimer Putin Hindistanın baş naziri Narendra Modi ilə görüşü zamanı bildirib.
“Ukraynadakı münaqişə ilə bağlı mövqeyinizi, daim ifadə etdiyiniz narahatlığınızı bilirəm. Bunu mümkün qədər tez dayandırmaq üçün əlimizdən gələni edəcəyik. Yalnız, təəssüf ki, qarşı tərəf, Ukrayna rəhbərliyi danışıqlar prosesindən imtina etdiyini, öz məqsədlərinə, necə deyərlər, döyüş meydanında hərbi yolla nail olmaq istədiyini bəyan etdi” -deyə Putin bildirib.