Vladimer Putin Rusiya təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə görüş keçirib
Vladimer Putin Rusiya təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə görüş keçirib

 

Rusiya Prezidenti Vladimer Putin əhaliyə müraciətindən sonra Rusiya təhlükəsizlik xidmətlərinin rəhbərləri ilə görüş keçirib.

Kremlin mətbuat xidmətinin yaydığı kadrlardan görüşdə müdafiə naziri Serqey Şoyqu və digər yüksək rütbəli məmurların iştirak etdiyi görünür.

Belə ki, baş prokuror İqor Krasnov, daxili işlər naziri Vladimir Kolokoltsev, “FSB”nin direktoru Aleksandr Bortnikov, Milli Qvardiyanın rəisi Viktor Zolotov, eləcə də Federal İstintaq Komitəsinin rəhbəri, Aleksandr Bastirkin və digər qurumların rəhbərləri görüşdə iştirak ediblər.

Görüşün əvvəlində Putin güc strukturlarının rəhbərlərinə son bir neçə gündə gördükləri işlərə görə təşəkkür edib.

Putin iclası hazırda yaranmış vəziyyəti müzakirə etmək və ölkədə inkişaf edən hadisələr nəticəsində hakimiyyətin üzləşdiyi vəzifələri müzakirə etmək üçün çağırdığını bildirib.