Vladimer Putin – Rusiya Pekinin Ukrayna məsələsində balanslı mövqeyini yüksək qiymətləndirir

17:04, 15.09.2022

 

“Reuters” agentliyi tərəfindən yayılan məlumatda qeyd olunub ki, Rusiya prezidenti Vladimer Putin Çin prezidenti Si Cinpinə, Moskvanın Pekinin “Vahid Çin” siyasətini dəstəklədiyini, ABŞ-ın Tayvan boğazındakı “təxribatlarına” qarşı olduğunu və Çinin Ukrayna məsələsində “balanslı mövqeyini” yüksək qiymətləndirdiyini bildirib.

İki lider Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüb. Bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra onların ilk üz-üzə görüşü olub.

“Biz çinli dostlarımızın Ukrayna böhranı ilə bağlı balanslı mövqeyini yüksək qiymətləndiririk. Bu məsələ ilə bağlı suallarınızı və narahatlıqlarınızı başa düşürük. Görüşümüz zamanı təbii ki, biz öz mövqeyimizi aydınlaşdıracağıq”- deyə Vladimer Putin bildirib.

Oxşar