Vladimer Putin - rus xalqı heç vaxt olmadığı kimi birlik içərisindədir
Vladimer Putin - rus xalqı heç vaxt olmadığı kimi birlik içərisindədir

 

Rus xalqı heç vaxt olmadığı kimi birlik içərisindədir – bu bəyanatı Rusiya Prezidenti Vladimer Putin Asiya liderləri ilə virtual görüş zamanı deyib.

KİV-in məlumatına əsasən, bu, Rusiya Prezidentinin qiyamdan sonra beynəlxalq forumda ilk çıxışı olub.

“Rus xalqı heç vaxt olmadığı kimi birlik içərisindədir. Rusiyanın siyasi dairələri və bütün cəmiyyət silahlı üsyana qarşı vahid cəbhə kimi cavab verərkən birlik və vətənə qarşı yüksək məsuliyyət hissini açıq şəkildə nümayiş etdirdi”-deyə Putin bildirib.

Putin çıxışında qeyd edib ki, Rusiya Qərbin sanksiyalarına və “təxribatlarına” qarşı çıxacaq.