Vladimer Putin – rus hərbçilər hər zaman başqa xalqlara azadlıq gətiriblər

19:05, 15.08.2022

 

Rusiya prezidenti Vladimer Putin , rus hərbçilərin Ukraynada öz öhdəliklərini şərəflə yerinə yetirdiklərini bildirib. Bununla yanaşı, prezident hərbçilərin vətənin suverenliyinin və təhlükəsizliyinin keşiyində hər zaman etibarlı şəkildə dayandığını, başqa xalqlara azadlıq gətirdiyini bildirib.

“Onlar Rusiya üçün, Donetsk və Luqansk Xalq Respublikalarında dinc həyat üçün mübarizə aparırlar, bütün tapşırıqları yerinə yetirirlər, Donbası addım-addım azad edirlər” – deyə Putin bildirib.

O, həmçinin Rusiya ordusu və donanmasını müassir silahlarla təmin edən silah istehsalçılarına təşəkkür edib. Rusiya prezidenti həmçinin ölkəsinin Latın Amerikası, Asiya və Afrika dövlətləri ilə münasibətləri yüksək qiymətləndirdiyini qeyd edib. O , Rusiyanın hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi planlaşdırdığı bütün tərəfdaşlara rus silahı verməyə hazır olduğunu bildirib.

“Biz Rusiyanın müxtəlif qitələrdə çoxlu müttəfiqlərinin, tərəfdaşları və həmfikirlərinin olmasını yüksək qiymətləndiririk. Bu ölkələr dırnaq arası “Hegemon”a tabe olmurlar və bu ölkələrin liderləri əsl kişi xarakteri nümayiş etdirirlər” – deyə Putin bildirib.

Oxşar