Vladimer Konstantinidi - Piratlar tərəfindən gəminin qaçırılması faktı hələ təsdiqlənməyib, ancaq heç bir versiya istisna edilmir
Vladimer Konstantinidi - Piratlar tərəfindən gəminin qaçırılması faktı hələ təsdiqlənməyib, ancaq heç bir versiya istisna edilmir

Piratlar tərəfindən gəminin qaçırılması faktı hələ təsdiqlənməyib, ancaq heç bir versiya istisna edilmir – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin direktor müavini Vladimir Konstantinidi Panama bayrağı ilə üzən “Pantelena” gəmisinin itməsi ilə bağlı verdi.

“Pantelenanın” bortunda 17 gürcü dənizçisi var idi. Gəmi ilə əlaqə avqustun 14-də səhərə yaxın kəsildi.

Vladimir Konstantinidinin Birinci Kanala verdiyi məlumata görə, “Pantelena” neftin transportasiyasını həyata keçirirdi. Onun dediyinə görə, gəminin axtarış işlərini hərbi gəmilərə xəbərdarlıq edən yunan şirkəti Lotus Shipping həyata keçirir.