Vitali Kliçko – Ukrayna Rusiya ilə sülh sazişi çərçivəsində ərazilərindən imtina etməli ola bilər

10:57, 25.04.2025

Ukrayna Rusiya ilə sülh sazişi çərçivəsində ərazilərindən imtina etməli ola bilər, – bu barədə Kiyev meri Vitali Kliçko “BBC”yə müsahibəsində bildirib.

“Ssenarilərdən biri ərazilərin təhvil verilməsidir. Bu ədalətli deyil, lakin sülh üçün, müvəqqəti sülh üçün, bəlkə də bu, müvəqqəti həll yoludur”, – Kliçko bildirib.

Kliçko həmçinin qeyd edib ki, Ukrayna xalqı “Rusiya tərəfindən işğalı heç vaxt qəbul etməyəcək”. Kliçko dediyinə görə, sülhə nail olmaq üçün Ukrayna prezidenti Volodimir Zelenski “ağrılı qərar” qəbul etməli ola bilər.

Kliçko jurnalistin Zelenskinin sülhün əldə edilməsinin təfərrüatlarını onunla müzakirə edib-etməyəcəyi sualına belə cavab verib: “Xeyr. Prezident Zelenski bunu özü edir. Bu, mənim funksiyam deyil”.

Oxşar