Vili Sanioli - Kaşiyanın yoxluğunda komandanın kapitanı Otar Kiteişvili olacaq #1TVSPORT
Gürcüstan millisinin baş məşqçisi Vili Sanioli Millətlər Liqasında Ermənistanla keçirəcəkləri matçdan əvvəl mətbuat konfransı keçirib və yaxınlaşan qarşıdurmadan danışıb.
“Futbolçularımız payızda çoxlu oyun keçirdilər, o cümlədən Avropa çempionatında və onların psixoloji və fiziki cəhətdən yorğun olduqları görünürdü. İndi,ümidim var ki, onlar daha çox istirahət olmuş olacaqlar.
Təəssüf ki, Quram Kaşia və Xviça Kvaratsxelia Ermənistanla ilk oyunu buraxacaqlar, lakin onların hər ikisi görüşdə bizimlə olacaq. Onların yoxluğunda digər futbolçulara, o cümlədən çox yaxşı formada olan Saba Qoqliçidzeyə şans verəcəyik.
Ermənistanla qarşıdurma tarixidir, bu, Qafqaz derbisidir və qarşıda bizi çətin oyunlar bizi gözləyir. Amma biz C Liqası səviyyəli komanda deyilik və mütləq B Divizionunda yerimizi qoryub saxlamalıyıq.
Kaşiyanın yoxluğunda Yerevanda kapitan sarğısı ilə komandaya ilk dəfə Otar Kiteişvili rəhbərlik edəcək, Quram isə geri qayıdaraq cavab matçında kapitan olacaq. Hərçənd, Otar Kiteişvilinin növbəti kapitan olması mümkündür.
Mamardaşvili və “Valensiya”nın çətin dövrü var, lakin biz Qiorqinin bacarıqlarını bilirik və inanırıq ki, o, tezliklə adi formasını bərpa edəcək. Kvaratsxeliaya gəlincə, Xviça PSJ-də xoşbəxtdir, müdafiədə də çox çalışır”.
Ermənistan və Gürcüstan yığmalarının iki qarşıdurmasının qalibi UEFA Millətlər Liqasının B divizionunda çıxış edəcək. Görüş martın 20-də Yerevanda, martın 23-də isə Tbilisidə keçiriləcək. Matçların birbaşa telereportajlarını Gürcüstanın Birinci Kanalı təqdim edəcək.