Viktor Yuşşenko Polşanın ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenindən imtina edib
Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Polşanın ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenindən imtina edib.
Ukrayna mediasının məlumatına görə, Yuşşenko bu qərarı Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini mükafatdan məhrum etmək qərarından sonra qəbul edib.
Bununla yanaşı, Zelenski “Ağ Qartal” ordenini Polşa prezidentinə geri qaytarıb.
Karol Navrotskinin bu qərarı Ukrayna hərbi bölmələrindən birinə “Ukrayna Üsyançı Ordusunun Qəhrəmanları” adının verilməsi ilə bağlı yaşanan qalmaqalla bağlıdır.