Macarıstanın Baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Kreml tərəfindən yayılan məlumatda qeyd olunduğu kimi, söhbət zamanı Macarıstanda Rusiya və ABŞ sammitinə hazırlıq məsələlərinə toxunulub.
“Vladimir Putin ABŞ prezidenti ilə söhbətinin təfərrüatlarını bölüşüb. O qeyd edib ki, ABŞ nümayəndələri ilə gələcək təmaslarda, Macarıstan paytaxtında Rusiya-ABŞ sammitinin keçirilməsi perspektivi nəzərə alınmaqla, Ukrayna böhranının sülh yolu ilə həll edilməsi yollarının axtarışı kontekstində atılacaq növbəti addımların alqoritmi müzakirə olunacaq”, – məlumatda qeyd olunur.