Viktor Orban Türkdilli Dövlətlər Təşkilatının sammitində iştirak edir – Avropada sülh istəyənlərin səsi gərginliyi artırmaq istəyənlərin səsindən çox daha sakitdir

16:39, 11.11.2022

Macarıstan Türkdilli Dövlətlər Təşkilatını Ukraynada davam edən müharibə fonunda sülh forumu hesab edir-bu barədə Macarıstanın baş naziri Viktor Orban Türkdilli Dövlətlər Təşkilatının Səmərqənddə keçirilən sammitində açıqlayıb.

Macarıstan təşkilatda müşahidəçi dövlət statusuna malikdir. Orbanın sammitdəki çıxışı zamanı dediyi kimi, ən böyük problem Avropada sülh istəyənlərin səsinin gərginliyi artırmaq istəyənlərin səsindən çox daha sakit olmasıdır.

Orban Macarıstanın məqsədinin Ukraynada atəşkəs əldə etmək və tezliklə sülh danışıqlarına başlamaq olduğunu qeyd edib. O bunun, enerji böhranına son qoymağın yeganə yolu olduğunu söyləyib.

Viktor Orban xüsusilə Türkiyəyə ərzaq böhranının qarşısını almaq üçün göstərdiyi səylərə görə təşəkkür edib və belə bir böhranın Macarıstana birbaşa təsir edəcək növbəti kütləvi miqrasiya dalğasına səbəb olacağını qeyd edib. Viktor Orban Özbəkistan hakimiyyəti ilə biznes imkanlarını müzakirə etmək üçün ölkəyə 60 nəfərlik işgüzar nümayəndə heyəti ilə gəldiyini açıqlayıb.

Viktor Orban Səmərqənddə olarkən Qazaxıstan və Qırğızıstan prezidentləri ilə də ikitərəfli danışıqlar aparıb.

Oxşar