Viktor Orban "Sorosu dayandır" adlı qanun qəbul etməyi planlaşdırır
Viktor Orban "Sorosu dayandır" adlı qanun qəbul etməyi planlaşdırır

Macarıstanın baş naziri Viktor Orban bəyan edir ki, yeni iqtidarda mühüm dəyişikliklər olacaq.

Onun dediyinə görə, iqtidarın formalaşmasdırılması gələcək 3-4 həftə içərisində həyata keçiriləcək.

“Yeni simalar olacaq və iqtidar strukturu dəyişdiriləcək” – dedi Orban seçkilərdən sonra keçirdiyi ilk konfransda.

Orbanın dediyinə görə, seçkilərdə əldə etdiyi qələbəyə görə, onun dəstəsi “Sorosu dayandır” adlı qanunu qəbul edə biləcək, hansı ki, Xarici İşlər Nazirliyinə miqrasiyaya dəstək verən qeyri-hökümət təşkilatlarının fəaliyyətini qadağan etməyə imkan verəcək”- dedi Orban.

Xatırladaq ki, Macarıstanın parlament seçkilərində qüvvədə olan baş nazir qalib gəldi.

Viktor Orban 2010-cu ildən Macarıstanın baş naziri vəzifəsində işləyir.

O miqrantların axınına qarşı kritik mövqeyi ilə tanınır.

Orban tez-tez Brüsseli tənqid edir və Rusiyanın prezidenti Vladimir Putin ilə yaxındır.