Macarıstanın Baş naziri Viktor Orban seçkilərdə səs verib.
Orban səs verdikdən sonra jurnalistlərə xalqın qərarına hörmət etdiyini və hər bir seçicinin onun üçün vacib olduğunu bildirib.
Orban jurnalistlərə seçki kampaniyasının ən yaddaqalan anları barədə danışıb və qeyd edib ki, o, bir çox insanla tanış olub, əks halda onlarla görüşmək imkanı olmayacaqdı. Orban macarları seçki məntəqələrinə gedib səs verməyə çağırıb.
“Mən qalib gəlmək üçün gəlmişəm. Qalib gəlməyi sevirəm. Avropalılar xalqın iradəsini və onların ifadə etdiyi fikri qəbul etməlidirlər. Biz Avropa İttifaqının üzvüyük və üzv dövlətlərin hüquqlarının qorunmasını tələb edirik. Biz hər cür imperiya mərkəzləşdirilməsinə qarşıyıq. Biz milli hüquqlar, suverenlik və Avropa İttifaqının fundamental müqavilələri əsasında möhkəm dayanırıq və Brüsseldən bu hüquqlara və müqaviləyə hörmət etməsini xahiş edirik”, – Orban səsvermədən sonra qeyd edib.
Macarıstan mediasının məlumatına görə, hazırda seçkilərdə seçici fəallığı yüksəkdir. Yerli vaxtla saat 07:00-a olan məlumata görə, seçicilərin 3,46 faizi səs verib. Müqayisə üçün, 2018-ci ildə fəallıq baxımından rekord qeydə alınarkən, həmin vaxt seçicilərin 2,24 faizi səs vermişdi.