Viktor Orban - növbəti iki-üç həftə Ukraynada münaqişənin tənzimlənməsi baxımından həlledici olacaq, Budapeşt sülh sammiti yaxınlaşır
Viktor Orban - növbəti iki-üç həftə Ukraynada münaqişənin tənzimlənməsi baxımından həlledici olacaq, Budapeşt sülh sammiti yaxınlaşır

Növbəti iki-üç həftə Ukraynada münaqişənin tənzimlənməsi baxımından həlledici olacaq, – bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

Macarıstanın baş nazirinin dediyinə görə, ABŞ və Rusiya liderləri arasında Budapeşt sammiti yaxınlaşır.

“Bu sülh planı, Rusiya və amerikalıların artıq əvvəlcədən müzakirələr apardığı təklifləri əhatə edir. İndi biz buradayıq və məncə, qərarvermə anındayıq.Növbəti iki-üç həftə həlledici olacaq, çünki bu bu 28 maddədən ibarət təklifə ilk reaksiyalar görünəcək və nəsə başlayacaq. Budapeştin sülh sammiti gəlir”, – Orban qeyd edib.