Viktor Orban - Macarıstana mövcud olan enerji təchizatını kəsməyə çalışan hər kəs bizim maraqlarımızı pozur, gəlin açıq şəkildə deyək, Ukrayna özünü Macarıstanın düşməni kimi təqdim edir
acarıstana əlverişli enerji təchizatının dayandırılması üzərində çalışanlar bizim fundamental maraqlarımızı pozurlar, – bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Onun dediyinə görə, Ukrayna özünü Macarıstanın rəqibi kimi deyil, düşmən kimi təqdim edir.
“Macarıstanın əlverişli enerjiyə çıxışını məhdudlaşdırmağa çalışanlar bizim fundamental maraqlarımızı pozurlar. Gəlin aydın deyək: Ukrayna özünü Macarıstanın rəqibi kimi deyil, düşmən kimi təqdim edir”, – Orban X sosial şəbəkəsində yazır.