Kiyev "Drujba" boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa edənə qədər Viktor Orban Ukraynaya 90 milyard avroluq Aİ kreditinin verilməsini bloklayacağını bildirir
Viktor Orban bəyan edib ki, Macarıstan Kiyev “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tranzitini bərpa edənə qədər Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmasını bloklayacaq.
Orban Avropa Şurasının prezidenti Antonio Koştaya göndərdiyi məktubda izah edib ki, Macarıstan əvvəlcə 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro kredit ayırmaq qərarına qarşı çıxmayıb və kreditin Çexiya, Macarıstan və Slovakiyanın maliyyə öhdəliklərinə təsir etməyəcəyini anlayıb, lakin Orbanın dediyinə görə, “son hadisələr” onu mövqeyini dəyişməyə məcbur edib.
Macarıstan Baş nazirinin bildirdiyinə görə, fevral ayının ortalarından bəri Ukrayna siyasi səbəblərdən və beynəlxalq öhdəlikləri pozaraq Macarıstan ərazisindən neft tranzitini bərpa etməkdən imtina edib.
Orban bunu Macarıstanın enerji təhlükəsizliyini sarsıdan “düşmənçilik aktı” kimi qiymətləndirib.