Viktor Orban Kremldədir, burada Vladimir Putinlə danışıqlar aparacaq
Viktor Orban Kremldədir, burada Vladimir Putinlə danışıqlar aparacaq

Macarıstanın baş naziri Viktor Orban hazırda Kreml­dədir və Rusiya prezidenti Vladimir Putinlə görüş keçirəcək.

Rus mediasının yazdığına görə, liderlərin görüşündən əvvəl  xarici işlər nazirləri – Piter Siyarto və Sergey Lavrov arasında danışıqlar aparılıb.

Xatırladaq ki, Moskvaya səfər etməzdən əvvəl Orban deyib ki, Putinlə Macarıstana neft və qaz tədarükünün davam etdirilməsini, həmçinin Ukraynada sülh təşəbbüslərini müzakirə edəcək.