Viktor Orban - Gürcüstan mühafizəkar, xristian və avropayönümlü dövlətdir, faydasız mühazirələr əvəzinə, Gürcüstana Avropa yolunda dəstəyimiz lazımdır
Faydasız mühazirələr əvəzinə Gürcüstana Avropa yolunda bizim dəstəyimiz lazımdır, – bu barədə Macarıstanın baş naziri Viktor Orban Gürcüstana səfəri ilə bağlı sosial şəbəkədə yazır.
“Seçkilərdən sonra Gürcüstana rəsmi səfər. Gürcüstan mühafizəkar, xristian və avropayönümlü dövlətdir. Faydasız mühazirələr əvəzinə onların Avropa yolunda bizim dəstəyimizə ehtiyacı var”, – Viktor Orban yazır.
Gürcüstanda Avropa İttifaqı Şurasının sədri olan ölkənin, Macarıstanın baş naziri Viktor Orbanın Gürcüstana rəsmi səfəri bir az əvvəl başlayıb.
Macarıstanın Baş naziri Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto, Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadi, Macarıstanın maliyyə naziri Mixay Varqa, dövlət katibi Yanoş Mate və digər rəsmi şəxslərin daxil olduğu hökumət nümayəndə heyəti ilə birlikdə Gürcüstana səfər edib.