Viktor Orban Donald Tuska müraciət etdi - Biz Vladimir Putin haqqında deyil, öz ölkələrimiz və xalqlarımız haqqında düşünməliyik, müharibəni qızışdırmaq əvəzinə, ölkəni xilas et və sev Donald
Macarıstanın Baş naziri Viktor Orban polşalı həmkarı Donald Tuskun sosial şəbəkədə paylaşdığı paylaşıma münasibət bildirir.
Viktor Orban, Donald Tuskun paylaşımını bölüşür, həmin paylaşımda Tusk deyir ki, “bugünkü reallıq Vladimir Putinin arzuladığı plana bənzəyir”.
“Avropa tarixin ən böyük iqtisadi böhranına doğru gedir. Dünya ciddi enerji böhranı qarşısında dayanıb. Avropa ciddi təhlükə qarşısındadır. Bu böhrandan yeganə çıxış yolu Rusiyanın enerji sektoruna tətbiq olunan sanksiyaların ləğv edilməsidir. Dərhal. Biz Vladimir Putin haqqında deyil, öz ölkələrimiz və xalqlarımız haqqında düşünməliyik. Müharibəni qızışdırmaq əvəzinə, ölkəni xilas et və sev, Donald”, – Orban sosial şəbəkədə yazır.