Viktor Orban – Donald Tramp və Vladimir Putinin Budapeştdə görüşünə hazırlıq tam sürətlə davam edir

17:04, 17.10.2025

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Budapeştdə görüşünə hazırlıq tam sürətlə davam edir, – bu barədə Macarıstan prezidenti Viktor Orban sosial şəbəkədə yazır.

“Rusiya prezidenti ilə danışıqlar aparılıb, hazırlıqlar tam sürətlə gedir”, – Macarıstan hökumətinin başçısı yazır.

Orban həmçinin bildirir ki, üç ildir açıq və yüksək səslə sülh uğrunda mübarizə aparır və məhz buna görə də Macarıstan bu gün Avropada Tramp-Putin görüşünün mümkün olduğu yeganə yerdir.

Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp yaxın iki həftə ərzində Macarıstanın paytaxtı Budapeştdə Vladimir Putinlə görüşmək ehtimalının olduğunu bildirib.

Oxşar