Viktor Orban - bu, Ukrayna ilə Rusiya arasında müharibə deyil, Qərblə Rusiya arasında müharibədir
Viktor Orban - bu, Ukrayna ilə Rusiya arasında müharibə deyil, Qərblə Rusiya arasında müharibədir

Bu, Ukrayna ilə Rusiya arasında müharibə deyil, Qərblə Rusiya arasında müharibədir”, – bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

Macarıstan hökümətinin rəhbərinin dediyinə görə, ABŞ və Rusiya liderləri arasında birbaşa görüş keçirilməyənə qədər atəşkəs şansı yoxdur.

Bununla yanaşı, Ukrayna prezidenti Volodimir Zelenski haqqında danışarkən Viktor Orban Zelenskinin Ukrayna xalqı tərəfindən seçilmiş prezident olduğunu qeyd edib.

“Mən həmişə çalışıram ki, münasibətlərimizin yaxşı olması üçün lazım olan şəkildə davranım. Buna görə də prezident Zelenskiyə hörmət edirəm, lakin inanıram ki, o, səhvlərə yol verdi. Onlardan biri bir il əvvəl sülhün təmin olunması ilə bağlı təklifimi rədd etməsi idi. Çünki nə qədər çox vaxt keçərsə, bunun qiyməti bir o qədər yüksək olacaq. Sonra o, məni inandırmağa çalışdı ki, bu müharibədə zaman onun ölkəsinin tərəfindədir. O, mənim “vaxt Rusiyanın tərəfindədir” şəklindəki şərhimi rədd etdi, amma bu gün biz buradayıq. Prezident Zelenskinin vəziyyəti asan deyil. Ümidsiz bir müharibə aparan milləti birləşdirmək çox çətindir”, – Viktor Orban qeyd edib.