Viktor Orban – bu gün mən Putinlə söhbət etdim, bu, Rusiya-Ukrayna müharibəsinin ən təhlükəli həftələridir, biz atəşkəs və sülh danışıqlarının lehinə bütün mümkün diplomatik addımları atırıq

18:16, 11.12.2024

Macarıstanın baş naziri Viktor Orban və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutdu.

Bu barədə Macarıstanın baş naziri sosial şəbəkədə yazır.

“Bu gün səhər prezident Putinlə bir saatlıq telefon danışığım oldu. Bu Rusiya ilə Ukrayna müharibəsinin ən təhlükəli həftələridir. Biz atəşkəs və sülh danışıqlarının lehinə bütün mümkün diplomatik addımları atırıq”, – Viktor Orbanın bəyanatında qeyd edib.

Oxşar