Viktor Orban – Brüssel rəisimiz deyil, biz müstəqil, suveren macar xalqıyıq
Brüssel rəisimiz deyil, biz müstəqil, suveren macar xalqıyıq-bu barədə Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkədə bildirib.
Macarıstan hökumətinin başçısı Avropa Birliyinin Brüsseldə deyil, Vyana, Budapeşt, Berlin, Varşava və Madriddə yerləşdiyini bildirib.
“Mən digər avropalılarla müqayisə etmək istəmirəm, lakin ümumi Avropa qərarına dair öz fikrimizi bildiririk . Bu səbəbdən bütün qərarlarda iştirak edirik, həmişə öz fikrimizi deyirik. Razılaşmadığımız bir mövqe olarsa, bunu dilə gətirəcəyik. Brüssel bizim rəisimiz deyil. Biz suveren macar xalqıyıq. Qərarları birlikdə qəbul edirik. Bizə uyğun deyilsə, onlara deyirik. Qərarlar yaxşı deyilsə və onun qarşısını ala biliriksə, ümumi qərar əldə olunmur” – deyə Viktor Orban bildirib.