Viktor Orban - Bizim qarşımızda seçim dayanır: Macarıstan hökumətini kim formalaşdıracaq — Zelenski, yoxsa mən? Əgər Ukraynalıların maraqlarını müdafiə edən bir hökumət olacaqsa, Macarıstanın pulu Ukraynaya gedəcək

Macarıstanın Baş naziri Viktor Orban seçki nümayişində müxalifəti Ukraynanın maraqlarının müdafiəçisi adlandırıb.

“Təvazökarlıqla deyirəm ki, bizim qarşımızda seçim dayanır: Macarıstan hökumətini kim formalaşdıracaq — Zelenski, yoxsa mən? Bu ikisindən məni seçməlisiniz”, – deyə Orban bildirib.

Orbanın sözlərinə görə, müxalifətin seçkilərdə qələbə qazanacağı təqdirdə, Macarıstanın pulu Ukraynaya göndəriləcək.

“Əgər Macarıstanda macarların deyil, ukraynalıların maraqlarını qoruyan bir hökumət olarsa, Macarıstanın pulu Ukraynaya gedəcək”, – Macarıstanın Baş naziri bildirib.

Məlumat üçün bildirək ki, Macarıstanda parlament seçkiləri 12 apreldə keçiriləcək.