Viktor Orban – Bizim qarşımızda seçim dayanır: Macarıstan hökumətini kim formalaşdıracaq — Zelenski, yoxsa mən? Əgər Ukraynalıların maraqlarını müdafiə edən bir hökumət olacaqsa, Macarıstanın pulu Ukraynaya gedəcək

11:34, 11.04.2026

Macarıstanın Baş naziri Viktor Orban seçki nümayişində müxalifəti Ukraynanın maraqlarının müdafiəçisi adlandırıb.

“Təvazökarlıqla deyirəm ki, bizim qarşımızda seçim dayanır: Macarıstan hökumətini kim formalaşdıracaq — Zelenski, yoxsa mən? Bu ikisindən məni seçməlisiniz”, – deyə Orban bildirib.

Orbanın sözlərinə görə, müxalifətin seçkilərdə qələbə qazanacağı təqdirdə, Macarıstanın pulu Ukraynaya göndəriləcək.

“Əgər Macarıstanda macarların deyil, ukraynalıların maraqlarını qoruyan bir hökumət olarsa, Macarıstanın pulu Ukraynaya gedəcək”, – Macarıstanın Baş naziri bildirib.

Məlumat üçün bildirək ki, Macarıstanda parlament seçkiləri 12 apreldə keçiriləcək.

Oxşar