Viktor Orban - Biz Rusiyanın neft şirkətlərinə qarşı ABŞ tərəfindən tətbiq olunan sanksiyalardan yan keçmək yolları üzərində işləyirik
Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı sanksiyalarından yayınma yolları üzərində işlədiyini bildirib.
Viktor Orbanın izahatına görə, o, sanksiyalarla bağlı həmçinin Macarıstanın neft və qaz şirkəti “MOL” ilə danışıb.
Məlumat üçün bildirək ki, ABŞ-ın Maliyyə Departamenti Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoil”ə sanksiyalar tətbiq edib. Bundan başqa, “Rosneft” və “Lukoil”in törəmə şirkətlərinə də sanksiyalar tətbiq edilib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin Nəzarəti Ofisinin bəyanatında qeyd olunduğu kimi, yeni sanksiyaların məqsədi Rusiyanın enerji sektoruna təzyiqi artırmaq və Kremlə müharibəni davam etdirmək üçün gəlir əldə etmək imkanlarını məhdudlaşdırmaqdır.