Viktor Orban bildirir ki, Serbiya ilə Macarıstanı birləşdirən qaz infrastrukturunun partladılması planlaşdırılırdı
Viktor Orban bildirir ki, Serbiya ilə Macarıstanı birləşdirən qaz infrastrukturunun partladılması planlaşdırılırdı

Macarıstanın Baş naziri Viktor Orban bildirir ki, Serbiya ilə Macarıstanı birləşdirən qaz infrastrukturunun partladılması planlaşdırılırdı. Orban bu barədə sosial şəbəkədə yazır.

Macarıstanın Baş nazirinin dediyinə görə, o, bir az əvvəl Serbiya Prezidenti Aleksandar Vuçiç ilə danışıb və ondan Macarıstan ilə Serbiyayı birləşdirən, həyati əhəmiyyətli təbii qaz infrastrukturunda aşkarlanmış partlayıcı qurğu barədə məlumat alıb.

“Serbiya Prezidenti Aleksandar Vuçiç ilə az əvvəl telefon danışığı baş tutub. Serbiya hakimiyyəti Serbiya və Macarıstanı birləşdirən vacib qaz infrastrukturunda dağıdıcı partlayıcı maddələr və onları aktivləşdirmək üçün lazımi avadanlıq aşkar edib. Hazırda istintaq aparılır. Bu gün, günorta Müdafiə Şurasının təcili iclasını çağırdım”, – Orban yazır.

Məlumat üçün bildirək ki, Macarıstanda 12 apreldə parlament seçkiləri keçirilməlidir. İlkin sorğulara görə, müxalifət Macarıstanın hazırkı Baş naziri Viktor Orbanın “Fidesz” partiyasına qarşı böyük üstünlük əldə edib.