Viktor Orban - Avropa real sülh istəyirsə, müharibə planları ləğv edilməli və hər şeyə yenidən baxılmalıdır
Viktor Orban - Avropa real sülh istəyirsə, müharibə planları ləğv edilməli və hər şeyə yenidən baxılmalıdır

Macarıstanın Baş naziri Viktor Orban Avropanın təhlükəsizlik siyasəti ilə bağlı bəyanat verib.

Orbanın dediyinə görə, sülh əldə edilməli və sonra güc yolu ilə möhkəmləndirilməlidir.

“Avropa real sülh istəyirsə, onun müharibə planları ləğv edilməli və hər şeyə yenidən baxılmalıdır. Sülh əldə edilməli və o, güc yolu ilə möhkəmləndirilməlidir. Artıq Avropanın sağlam düşüncə yolunu seçmək vaxtıdır”, – Orban sosial şəbəkədə yazır.