Viktor Orban - Avropa İttifaqı ölkələri Ukraynanı dəstəkləmək üçün 193 milyard avro xərcləyib, əlavə olaraq 90 milyard avro kredit alınıb, bu vəsaitin geri qaytarılması üçün reallığa uyğun bir plan mövcud deyil
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı ölkələrinin Ukraynanı maliyyələşdirmək üçün külli miqdarda vəsait xərclədiyini bildirir.
Onun dediyinə görə, bu vəsaiti geri qaytarmaq üçün real bir plan mövcud deyil.
“Ukraynanı dəstəkləmək üçün 193 milyard avro xərclənib. Əlavə olaraq 90 milyard avro kredit alınıb. “Nəyin bahasına olursa olsun” bu vəsaitin geri qaytarılması üçün reallığa uyğun bir plan mövcud deyil. Macaristan, Çexiya və Slovakiya borc spiralına qoşulmaqdan imtina ediblər. Biz illüziyalar əvəzinə öz xalqımızı seçdik”, – deyə o yazır.