Viktor Orban – Almaniya, onun kansleri Olaf Şolts nəhayət ayıldı və miqrasiyanın mənfi nəticələrini gördü

19:35, 13.09.2024

Macarıstanın baş naziri Viktor Orbanın bildirdiyinə görə, Almaniya və onun kansleri Olaf Şolts “nehayət oyandılar” və miqrasiyanın mənfi nəticələrini gördülər. Orban bu barədə Macarıstan Dövlət Radiosuna müsahibəsində danışıb.

“Sərhədlərin qorunması son vaxt mənfi sözə çevrilib, çünki hamı miqrantları daxil etməyə məcbur idi – onları kim dayandırırsa, o “pis oğlan”dır. İndi Almaniya oyandı. Terrorizm, cinayət, işləmək istəməyən miqrantların sosial və maliyyə yükü – bütün bunlar almanları oyatmağa başlayır”, – Orban müsahibəsində bildirib.

Viktor Orbanın sbildirdiyinə görə, avropalı liderlər sərhədlərin qorunmalı olduğunu deyirlərsə, onları qoruyanları cəzalandırmamalıdırlar.

İyunda Avropa İttifaqı Məhkəməsi Macarıstana miqrasiya siyasəti çərçivəsində müəyyən edilmiş tədbirlərə əməl edilməməsinə görə 200 milyon avro məbləğində cərimə təyin edib. Orban qeyd etdi ki, Macarıstan cəza əvəzinə, sərhədlərini qoruduğu üçün maliyyə dəstəyi almalıdır.

Oxşar