Viktor Orban ABŞ-ın Ukraynanı pul və silahla təmin etməyi dayandıracağı təqdirdə, müharibənin də dayanacağını bildirib
Viktor Orban ABŞ-ın Ukraynanı pul və silahla təmin etməyi dayandıracağı təqdirdə, müharibənin də dayanacağını bildirib

 

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın Ukraynanı pul və silahla təmin etməyi dayandıracağı təqdirdə, müharibənin də dayanacağını bildirib. Viktor Orban bu barədə macar mətbuatına müsahibəsində açıqlayıb.

O, 2022-ci ilin son 30 ilin ən təhlükəli ili olduğunu bildirib. Orban Macarıstanın müharibəyə sürüklənmək təhlükəsi qarşısında olduğunu və enerji qiymətlərinin artmasının ölkəni təhlükəli istiqamətə apardığını bildirib.

Orban Ukraynada atəşi dayandırmaq və dinc danışıqlara başlamağa dair Macarıstanın mövqeyini təsdiqləyib.

“Ukrayna yalnız ABŞ onu pul və silahla təmin edənə qədər döyüşə davam edə bilər. Amerikalılar sülh istəsələr, sülh olacaq”- deyə Orban açıqlayıb.

Macarıstanın mövqeyindən danışan Orban “pro-macar” olduğunu qeyd edib.

“Yaxşı və ya pis-tarixin hansı tərəfindəyik sualının cavabı odur ki, biz tarixin macar tərəfindəyik” -deyə Macarıstanın Baş naziri açıqlayıb.

“Biz Ukraynanı dəstəkləyirik və ona kömək edirik. Biz suveren Ukraynanı xilas etməkdə və Rusiyanın Avropa üçün təhlükə yaratmamasında maraqlıyıq, lakin biz Rusiya ilə bütün iqtisadi əlaqələrdən imtina etməkdə maraqlı deyilik”-deyə Orban bildirib.