"Vikinqlərin son səfəri" - Birinci Kanalın sənədli filminin premyerası

Birinci Kanalın “Vikinqlərin son səfəri” adlı sənədli filminin premyerası sabah “Kaveaqalereyada” keçiriləcək.

Filmin premyerasında məşhur İsveçrəli alim Mats G. Larson, Upsala Universitetinin muzeyinin tədqiqatçısı Qunila Larson, Toronto Universitetinin professoru Stefan Batyuk və digər dəvət edilən qonaqlar iştirak edəcəklər.

XI əsrin İslandiya saqası mövcuddur, harda ki, İsveçli vikinq İnqvarın səyahəti və onun Arkland (Kaspi dəniz sahili) tərəfində ölümü təsvir edilir.

2004-cü ildə, Rioni və Mtkvari dərəsində Mats Larsonun rəhbərliyi ilə keçirilən ekspedisiya, vikinqlərin Gürcüstan ərazisinə gəldikləri barədə ehtimalı yenə bir dəfə təsdiqlədi.

Bu materiallara dayanaraq, Birinci Kanal TBC-nin xeyriyyə fondunun və Gürcüstanın İsveçrədəki Səfirliyinin dəstəyi ilə, tam metrajlı  sənədli film çəkdi. Filmin çəkimləri necə Gürcüstanda, eləcədə İsveçdə aparılırdı.

Filmin üzərində rejissor Şalva Şengeli, ideyanın müəllifi Konstantine Kavtaradze, ssenari müəllifləri – Bidzina Makaşvili, Kote Candieri, prodyusserlər – Beka Baramidze, Lekso Kurxuli, rəssam Teona Bekauri, operatorlar – Kaxa Buxraşvili, Giorgi Vatsadze, Giorgi Siqua və Levan Lekiaşvili işləyirdilər.

Filmin premyerası aprelin 14-də, saat 19:00-da keçiriləcək, efir premyerası isə, Birinci Kanalın efirində may ayında baş tutacaq.