Vergi Monitorinqi Departamentinin əməkdaşları iki ay ərzində aksizsiz tütün məmulatının saxlanılması və satışı ilə bağlı 213 faktı aşkar ediblər
Vergi Monitorinqi Departamentinin əməkdaşları iki ay ərzində aksizsiz tütün məmulatının saxlanılması və satışı ilə bağlı 213 faktı aşkar ediblər

 
Cari ilin iyulun 1-dən avqustun 31-i də daxil olmaqla Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamentinin əməkdaşları ölkə miqyasında keçirdikləri nəzarət prosedurları nəticəsində, aksiz markası ilə məcburi markalanmalı olan müxtəlif növ tütün məmulatının aksiz markası olmadan saxlanılması və satışı ilə bağlı 213 faktı aşkar ediblər. Bu haqda məlumatı Gəlirlər Xidməti yayır.

Qurumdan verilən məlumata əsasən, nəticədə 35 141 qutu aksizsiz tütün məmulatı götürülüb.

“Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 1552-ci maddəsinə əsasən qanun pozuntusunu törədən şəxslər barəsində inzibati xətalar haqqında protokollar tərtib edilib və işin materialları tabeliyindəki yer üzrə məhkəməyə göndərilib” – qurum tərəfindən yayılmış məlumatda deyilir.