„Vergi Məcəlləsinə“ edilən dəyişikliklərə əsasən, dövlət mülkiyyətinə keçirilmiş malların idxalı aksiz vergisindən azad edilir
„Vergi Məcəlləsinə“ edilən dəyişikliklərə əsasən, dövlət mülkiyyətinə keçirilmiş malların idxalı aksiz vergisindən azad edilir

Dövlət mülkiyyətinə keçmiş malların idxalı aksiz vergisindən azad edilir. Müvafiq dəyişikliklər “Vergi Məcəlləsinə” daxil edilir.

Mövcud qanunvericiliyə əsasən, dövlət mülkiyyətində olan əmlakın idxalı əlavə dəyər vergisindən və idxal vergisindən azaddır, lakin oxşar güzəşt aksiz vergisinə şamil edilmir.

Təşəbbüskarların qiymətləndirməsinə görə, aksiz vergisi ilə vergiyə cəlb edilmə dövlət büdcəsi üçün yük yaradır və bu növ malların dövlət tərəfindən gələcəkdə idarə olunmasını çətinləşdirir.