Venesuellada minimal maaş 300 faiz ilə artdı

12:56, 15.01.2019

Venesuella lideri minimal maaşı 300 faiz ilə artırdı. Bundan etibarən Venesuellada işlə təmin olunanlar ən azı 18 min bolivar alacaqlar. Bu da təxminən 6,7 dollara bərabərdir.

Reuters-in yazdığına görə, bu pul ilə Venesuellada 10 yumurta və ya bir kiloqram mal əti almaq mümkündür.

Minimal maaşların artırılması barəsində vədi Venesuella lideri andiçmə mərasimi zamanı, yanvarın 10-da verdi.

Nikolas Maduronin iki müddət ilə seçilməsini müxalifət qeyri-qanuni və qeyri-legitim adlandırır.

Oxşar