Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes vəzifədə olduğu müddətdə 626 məhbusu azad etdiyini bildirir
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes vəzifədə olduğu müddətdə 626 məhbusu azad etdiyini bildirir

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes vəzifədə olduğu müddətdə 626 məhbusu azad etdiyini bildirib.

O, məhbusların azad edilməsinin mərhələli şəkildə həyata keçirildiyini deyib.

Venesuelanın insan haqları təşkilatı, “Foro Penal” təsdiqləyib ki, 8 yanvardan bəri Venesuelada ən azı 154 siyasi məhbus azad edilib.

Rodriges həmçinin bildirib ki, bazar ertəsi BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk ilə əlaqə saxlayacaq və ondan azad edilənlərin siyahılarını yoxlamasını xahiş edəcək.

Məlumat üçün bildirək ki, Delsi Rodriqes Venesuelanın prezidentinin səlahiyyətlərini icra edən şəxs kimi rəsmi olaraq 6 yanvarda təyin edilib. Venesuelanın sabiq prezidenti Nikolas Maduro 2 yanvarda ABŞ-ın hərbi əməliyyatı nəticəsində həyat yoldaşı ilə birlikdə Karakasda həbs edilib və ABŞ-a aparılıb.