Venesuelanın müdafiə naziri – Venesuela ən kriminal hərbi təcavüzün hədəfinə çevrilib, biz müdafiə üçün bütün imkanları ayıracağıq
Venesuelanın müdafiə naziri – Venesuela ən kriminal hərbi təcavüzün hədəfinə çevrilib, biz müdafiə üçün bütün imkanları ayıracağıq

Venesuela xarici qoşunların mövcudluğuna müqavimət göstərəcək, – bu barədə Venesuelanın müdafiə naziri Vladimir Padrino bildirib.

Onun sözlərinə görə, Venesuela prezidenti Nikolas Maduronun əmri ilə ölkə öz xalqının müdafiəsi məqsədilə bütün zəruri tədbirləri görəcək.

„Azad, müstəqil və suveren Venesuela yolunda ölüm, ağrı və dağıntı yaradan xarici qoşunların hərəkətlərini pisləyirik. Ali Baş Komandanımız Nikolas Maduronun əmri ilə millətin bütöv müdafiəsi üçün bütün resurslarımızı səfərbər edəcəyik. Hərbi və polis qüvvələrinin əlaqələndirilmiş işi ilə biz bütün quru, hava, dəniz və raketdən müdafiə silah sistemlərinin kütləvi şəkildə yerləşdirilməsinə başlamışıq,“ – Venesuelanın müdafiə naziri bildirib.

Vladimir Padrinonun bildirdiyinə görə, Venesuela “ən kriminal hərbi təcavüzün” hədəfinə çevrilib və hazırda ölkə həlak olanlar və yaralananlarla bağlı məlumatlar toplayır.

„Venesuela xalqı ABŞ hökumətinin ən kriminal hərbi təcavüzünün hədəfinə çevrilib. Bu ana qədər işğalçı qüvvələrin vəhşiliyi bizim müqəddəs torpaqlarımıza – Fuerte Tiuna, Caracas, Miranda, Aragua və La Guardia bölgələrində təhqir etdi, döyüş helikopterlərindən mülki ərazilərə atılan raketlər atıldı, artıq itkilər və ölənlər barədə məlumat toplayırıq,“ – Padrino bildirib.

Yayılan məlumata görə, ABŞ hərbi qüvvələri Venesuelada hərbi bazaları, ölkənin əsas limanını və parlament binasını bombalayıb.

Venesuela hökuməti prezident Nikolas Maduronun ölkədə fövqəladə vəziyyət elan etdiyi barədə bəyanat yayıb. Venesuela hökuməti ABŞ-ı hücumda günahlandırdı və Vaşinqtonun ölkənin neft və minerallarını ələ keçirmək istəyinə yönəlmiş “hərbi təcavüzü” pislədi.

Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp ABŞ hərbçilərinin Venesuela lideri Nikolas Maduro və onun həyat yoldaşını həbs edərək ölkədən çıxardığını bildirib.