Venesuelada ötən həftə baş vermiş iki zəlzələ nəticəsində həlak olanların sayı 2954-ə yüksəlib

13:31, 05.07.2026

Venesuelada ötən həftə baş vermiş iki zəlzələ nəticəsində həlak olanların sayı 2954-ə yüksəlib.

Ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib ki, zəlzələlər nəticəsində 16 592 nəfər xəsarət alıb. Rodriqesin sözlərinə görə, mərkəzi ştatlar – Araqua, Miranda və La Quayra, həmçinin qərb ştatları – Karabobo, Yarakuya və Falkonu vuran təbii fəlakət nəticəsində 6 462 nəfər xilas edilib.

Yenilənmiş məlumata görə, 16 209 nəfər evsiz qalıb, 856 bina zədələnib və 190 tikili uçub. Hakimiyyət həmçinin məcburi köçkünlərə və zərərçəkmiş insanlara kömək etmək üçün 80 müvəqqəti düşərgə yaradıb. Xilas olanları axtarmaq üçün 29 567 xilasedici qalır, onlardan 3 281-i xaricdəndir.

24 iyunda Venesuelada baş vermiş 7,2 və 7,5 bal gücündə zəlzələlərdən sonra 942 təkrar təkan qeydə alınıb.

Oxşar