Venesuelada bir həftəlik matəm elan edilib
Venesuelada bir həftəlik matəm elan edilib

Venesuelada bir həftəlik matəm elan edilib. Bu barədə Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges bildirib.

Rodrigesin qeyd etdiyi kimi, ABŞ tərəfindən həyata keçirilən hərbi əməliyyat zamanı həlak olmuş venesuelalı hərbçilərin xatirəsinə ehtiram olaraq bir həftəlik matəm elan edilib.

Xatırladaq ki, 3 yanvarda amerikalılar Venesuelanın paytaxtı Karakasda hərbi əməliyyat keçirib və ölkənin rəhbəri Nikolas Maduronı saxlayıblar. “Reuters”in məlumatına görə, həmin əməliyyat zamanı onlarla venesuelalı hərbçi həlak olub.