Venesiya Biennalisində Rusiya pavilyonunun açılması səbəbindən Avropa İttifaqı sərgiyə iki milyonluq qrantın verilməsini dayandırıb
Avropanın Təhsil və Mədəniyyət məsələləri üzrə İcra Agentliyi Venesiya Biennalesi Fonduna məktub göndərərək, Avropa İttifaqı tərəfindən ayrılmış 2 milyon avro məbləğində üç illik qrantın dayandırıldığını bildirib.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi Toma Renye bildirib.
“İcazə verin təsdiq edim ki, Venesiya Biennalesi Fonduna hazırkı iki milyon avroluq qrantın dayandırılması və ya ləğvi barədə niyyətimizi bildirmək üçün məktub göndərilib”, – Renye bildirib.
O həmçinin bildirib ki, Avropa İttifaqı “Biennale Fondunun sərgidə Rusiya pavilyonunun yenidən açılmasına icazə verməsini qəti şəkildə pisləyir”.
“Bu kontekstdə yalnız növbəti üç il üçün iki milyon avro məbləğində bir mövcud qrant var və məhz bizim niyyətimiz onun dayandırılması və ya ləğvidir”, – deyə Avropa Komissiyasının nümayəndəsi deyib.
O, „bu mərhələdə bu müqavilə çərçivəsində bir avro belə köçürülmədiyini“ vurğulayıb.
Məlumat üçün bildirək ki, Ukrayna İtaliyadan Venesiya Biennalesində iştirak edən Rusiya nümayəndələrinə viza verməməyi xahiş edib.
20-dən çox Avropa ölkəsi Rusiyanın Venesiya Biennalesində iştirakına icazə verilməməsini tələb edib.