Vəkil - Morçadze və Kalandiaların ailəsi qohumdurlar və zor anlarda bir-birilərinə yardım edirlər

Xorava küçəsində baş verən cinayətlə bağlı həbs edilən Merab Morçadzenin vəkili Zaal Tavadze bəyan edir ki, Morçadze ona qarşı irəli sürülən ittihamları rədd edir.

Vəkilin dediyinə görə, Merab Morçadze, qətl cinayətinin şahadlarından biri olan Mixeil Kalandianın ailə yaxınıdır.

“Merab Morçadze suçlamaları qəbul etmir, onun dediyinə görə, şahadlara təzyiq etmək üçün heç bir səbəbi olmayıb. Cinayəti və yaxud hansısa cinayətkarı gizlət deyə, şahada təzyiq etməsi haqqında iddialar absurddur. Merab Morçadze sadəcə olaraq, stres altında olan və qorxmuş uşağı məhkəmə prosesinə öz maşını ilə gətirdi və bəlkə onun həbs edilmə səbəbi bu ola bilər” – dedi vəkil.

Vəkilin dediyinə görə, Merab Morçadze sabiq prokuror Mirza Subelianiyi tanımır.