Vəkil Arçil Çopikaşvili - Əfqan Muxtarlının işi ilə bağlı Avropa Məhkəməsi Gürcüstan dövlətinə suallarla müraciət etdi
Vəkil Arçil Çopikaşvili - Əfqan Muxtarlının işi ilə bağlı Avropa Məhkəməsi Gürcüstan dövlətinə suallarla müraciət etdi

Gürcüstan dövlətinə Əfqan Muxtarlı məsələsi ilə bağlı suallara cavab verməsi üçün bir ay vaxt verildi.

Bu barədə məlumatı Əfqan Muxtarlının vəkili Arçil Çopikaşvili verdi.

Vəkilin bəyan etdiyinə görə, iyulun 31-də Gürcüstanın Ədliyyə Nazirliyi Avropa Məhkəməsində, qeyd olunan məsələ ilə bağlı səkkiz suala cavab verməlidir.

Azərbaycana isə, cavab verilməsi üçün altı sual göndərilib.

Onun dediyinə görə, Gürcüstan dövləti tərəfindən bu sualların ləğv edilməsi mümkün deyil.

2017-ci ilin mayın 19-dan Əfqan Muxtarlı və onun həyat yoldaşı Leyla Mustafayevanın maraqlarını Avropa Məhkəməsində “Konstitusiyanın 42-ci maddəsi” adlı təşkilatın hüquqşünasları Arçil Çopikaşvili və Nikoloz Leqaşvili qoruyurlar.

Məhkəmə prosesinə paralel olaraq, Gürcüstanda istintaq prosesi davam edir.