Sabah Tbilisidə Əfqan Muxtarlıya dəstək aksiyası keçiriləcək
Sabah Tbilisidə Əfqan Muxtarlıya dəstək aksiyası keçiriləcək

Tbilisidə yaşayan Azərbaycanlı jurnalist və fəal, Əfqan Muxtarlını dəstəkləmək üçün sabah, Tbilisidə, Parlament binası qarşısında aksiya keçiriləcək.

Bu barədə məlumatı aksiyanın təşkilatçısı olan İnsan Haqqları Evi yayır.

“Mayın 29-da Tbilisidə yaşayan Azərbaycanlı jurnalist və fəal, Əfqan Muxtarlının güman edilən qaçırılmasından bir il keçir. İstəyirik ki, həmin günü Gürcüstan Parlament binası qarşısında toplaşaq və hakimiyyətə Gürcüstanda vətəndaş cəmiyyətinin mövcud olmasını göstərək”, – İnsan Haqqları Evinin bəyanatında deyilir.

Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisinin mərkəzi məhəlləsindən yoxa çıxdı. Onun bəyan etdiyinə görə, onu Tbilisidə, evi yaxınlığından, Gürcüstan polisi formasında olan və gürcü dilində danışan dörd nəfər qaçırdı. Növbəti günü məlum oldu ki, Əfqan Muxtarlı Azərbaycanda yaxalanıb.