Tbilisidə Əfqan Muxtarlıya dəstək aksiyası keçiriləcək
Tbilisidə Əfqan Muxtarlıya dəstək aksiyası keçiriləcək

Tbilisidə yaşayan Azərbaycanlı jurnalist və fəal, Əfqan Muxtarlını dəstəkləmək üçün bu gün, Tbilisidə, Parlament binası qarşısında aksiya keçiriləcək.

Əfqan Muxtarlının hüquqşünasının, Arçil Çopikaşvilinin bəyan etdiyinə görə, Müxtarlının güman edilən qaçırılmasından bir il keçdi. Halbuki, Çopikaşvilinin dediyinə görə, istintaqın irəliləyişi barəsində Gürcüstan istintaq idarələri məlumat yaymayıblar.

Parlament azlığı düşünür ki, Parlamentdə qeyd olunan iş ilə əlaqədar xüsusi komissiya yaradılmalıdır. Hakim komanda isə bunun lüzumluluğunu görmür.

 

Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisinin mərkəzi məhəlləsindən yoxa çıxdı. Onun bəyan etdiyinə görə, onu Tbilisidə, evi yaxınlığından, Gürcüstan polisi formasında olan və gürcü dilində danışan dörd nəfər qaçırdı. Növbəti günü məlum oldu ki, Əfqan Muxtarlı Azərbaycanda yaxalanıb.