Vatikanın məlumatına görə, Roma Papası XIV Leo və Marko Rubio dünyadakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və "sülh naminə yorulmadan çalışmağın vacibliyindən" danışıblar
Vatikanın məlumatına görə, Roma Papası XIV Leo və Marko Rubio dünyadakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və "sülh naminə yorulmadan çalışmağın vacibliyindən" danışıblar

ABŞ Dövlət Katibi Marko Rubio Roma Papası XIV Leo ilə görüşüb.

Vatikanın bildirdiyinə görə, Roma Papası və Rubio ikitərəfli münasibətlərin inkişafı üçün birgə işləmək barədə razılığa gəliblər.

Bu, son bir il ərzində Roma Papası ilə Donald Tramp administrasiyasının nümayəndəsi arasında keçirilən ilk görüş olub.

Vatikanın bəyanatında deyilib ki, onlar dünyadakı mövcud vəziyyətlə bağlı “fikir mübadiləsi aparıblar” və “sülh naminə yorulmadan çalışmağın vacibliyi” barədə danışıblar.

Rubio Vatikanda təxminən iki saat yarım olub. ABŞ dövlət katibi Vatikanın dövlət katibi kardinal Pietro Parolin də daxil olmaqla yüksək vəzifəli ruhani şəxslərlə görüşlər keçirib.

Görüş başa çatdıqdan sonra ABŞ dövlət katibi sosial şəbəkədə yazıb ki, Roma Papası ilə görüş zamanı sülhün və insan ləyaqətinin təşviqinə dair ortaq sadiqliklərini vurğulayıblar.