Vatikanda Roma Papası ilə Volodimir Zelenski arasında görüş keçiriləcək

19:12, 09.10.2024

Roma Papası Fransisk oktyabrın 11-də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Onların son görüşü 2023-cü ilin dekabrında Vatikanda baş tutub.

“Reuters”in məlumatına əsasən, Zelenski İtaliyaya səfəri çərçivəsində ölkənin baş naziri Corciya Meloni ilə də görüşəcək.

Zelenski “Ukrayna-Cənub-Şərqi Avropa”nın üçüncü sammitində iştirak etmək üçün bu gün Xorvatiyaya səfər edib. Ehtimal ki, Ukraynanın birinci şəxsi məhz Xorvatiyadan İtaliyaya uçacaq.

Oxşar