Vaşlicvaridə iki nəfərin yaralanması faktı üzrə polis bir nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları iki nəfərə qarşı qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq oldu silahın əldə edilməsi, saxlanılması və gəzdirilməsi ittihamı ilə bir nəfəri saxlayıblar. Bu barədə məlumatı DİN yayır.
“İstintaqla müəyyən edilib ki, iyulun 4-də Tbilisidə, Vaşlicvari yaxınlığındakı ərazidə bir neçə nəfər arasında məişət zəminində başlayan şifahi mübahisə fiziki qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı şəxslərdən biri odlu silahdan atəş açaraq iki nəfəri yaralayıb.
Yaralıları xəstəxanaya yerləşdiriblər. Onların həyati təhlükəsi yoxdur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi hadisədən qısa müddət sonra, “isti izlər”lə saxlayıblar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 236-cı maddələri ilə aparılır, bu da 13 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-in məlumatında qeyd olunub.